Bakıda beynəlxalq marketinq sammiti keçiriləcək
Dekabrın 22-də Bakıda Beynəlxalq "Marketinq Sammiti" keçiriləcək.
YeniAvropa xəbər verir ki, "Marketinq Sammiti" layihəsinin təşkilatçısı Azərbaycanda marketinq, marketinq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən COMUNICAL şirkətidir.
Şirkətin rəhbəri Tural Abbaslının sözlərinə görə sammit biznesin inkişafına istiqamətlənmiş qlobal tədbir olacaq və builki sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirəcək. Tədbir qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalanma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına töhfə verəcək.
Tədbir zamanı Azərbaycan, Gürcüstan və Türkiyədən olan 7 spiker destinasiya marketinqi, elektron ticarət, logistika, dijital marketinq və brendinq kimi vacib mövzular haqqında fikirlərini bölüşəcəklər. Marketinq sammitinin təşkilat komitəsi tərəfindən www.marketingsummit.azinternet portalı üzərində xüsusi platformaya uyğun qeydiyyat bölməsi yaradılıb. Burada qeyd olunan suala cavab verməklə tədbirdə iştirak haqqı qazanmaq mümkündür. Sammit gələcək illərdə də, Strateji Yol xəritələrinə görə fəaliyyətini davam etdirəcək.
Xəzəryanı və MDB ölkələri, Avropa və Azərbaycan, türkdilli ölkələrin marketinq sammitinin keçirilməsi cari ilin mart ayında təşkilat komitəsinin iclası əsasında təsdiq edilib və sammitin strateji fəaliyyət istiqaməti kimi qəbul olunub.
Sammit bir neçə yerli şirkətlərin və medianın dəstəyi ilə baş tutacaq. Tədbirin əsas tərəfdaşları AZPROMO, "Azərbaycan Dəmir Yolları Ekspress", "ASAN Radio", "Aloprint", "Vitam", "Education Hub", "Logix" və "G5 Travel" şirkətləridir.
Qeyd edək ki, son illərdə ölkəmizdə iqtisadiyyatın inkişafı, rəqabətqabiliyyətli sahibkarlıq subyektlərinin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən bir çox layihələr həyata keçirilib. Bu tədbirlər cəmiyyətimizin biznes təfəkkürünün formalaşması, lokal şəraitdə praktik və nəzəri biliklərin inkişafına birbaşa təkan verib.
Eyni zamanda, son illərdə qloballaşan iqtisadiyyatımızın tərkib hissəsi olaraq daha fərqli formatda və istiqamətdə biznes tədbirlərinin keçirilməsinə ehtiyac yaranıb. Çünki, rəqabətədavamlı fəaliyyətin qurulması, ixrac potensialının artırılması və xüsusilə marketinq, bazar araşdırmaları və marketinq kommunikasiyaları istiqamətində daha da güclü struktura malik olmaq əsas şərtlərdən birinə çevrilib. Bu baxımdan ölkəmizdə təşkil olunan marketinq, biznes tədbirləri sırasında öz dəsti-xətti ilə seçilən və xüsusi auditoriyası olan "Marketinq Sammiti" layihəsi xüsusi maraq doğurur. Bu layihənin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin Strateji Yol Xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olmasının qarşılıqlı müzakirə edilməsidir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb