logo

Bakıda yaşıl texnologiya üzrə Beynəlxalq Forum keçiriləcək

13:10 07-12-2018 | icon 2548
Bakıda yaşıl texnologiya üzrə Beynəlxalq Forum keçiriləcək

Dekabrın 10-11-də Bakıda yaşıl texnologiya üzrə Beynəlxalq Forum keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə dekabrın 7-də Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Mərkəzində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova deyib.

Ş.Məmədova qeyd edib ki, forumda 16 ölkədən 41 spiker iştirak edərək öz təcrübələrini bölüşəcəklər. Forumda yeni startaplar təqdim ediləcək, aqrar və elm sahəsində, eləcə də enerji sahəsində yeniliklərin tətbiqi ilə bağlı geniş müzakirələr aparılacaq.

Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxışında enerji sahəsinin müasir dövrdə böyük potensiala malik olduğunu söyləyib. Bu sahədə ölkəmizdə 4 qanun layihəsinin işlənildiyini deyən Z.Məmmədov bildirib ki, bununla bağlı özəl sektorun da cəlb edilməsi zəruri bir addımdır. Aparat rəhbəri əlavə edib ki, foruma Almaniya, Ukrayna və Rumıniyadan olan tanınmış mütəxəssislərin də cəlb edilməsi gözlənilir.