logo

“Azeri Light” 60,24 dollaradək ucuzlaşıb

10:33 07-12-2018 | icon 2884
“Azeri Light” 60,24 dollaradək ucuzlaşıb

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

YeniAvropa xəbər verir  ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,81 dollar ucuzlaşaraq 60,24 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.