Dekabrın 30-dan “Azərbaycan Hava Yolları” QSC("AZAL") İstanbulun Atatürk hava limanına uçuşları dayandırır.
YeniAvropa xəbər verir ki, bu barədə “AZALı”dan məlumat verilib. Qeyd edilib ki, İstanbulda yeni aeroportun fəaliyyətə başlaması ilə əlaqədar "AZAL" Atatürk hava limanına olan uçuşları dayandıracaq.
Qeyd edilib ki, dekabrın 30-31-də Azərbaycan Hava Yollarının reysləri cədvələ uyğun olaraq İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetiriləcək.
Yanvarın 1-dən etibarən isə "AZAL" uçuşlarını həm İstanbulun yeni aeroportuna həm də Sabiha Gökçen hava limanına həyata keçirəcək.