logo

DGK indiyədək büdcəyə 3,4 milyard manatadək vəsait köçürüb

18:16 06-12-2018 | icon 2940
DGK indiyədək büdcəyə 3,4 milyard manatadək vəsait köçürüb

Yanvar ayından bu günədək Dövlət Gömrük Komitəsi(DGK) tərəfindən 3 milyard 380 milyon manatın dövlət büdcəsinə köçürülməsi təmin olunub.YeniAvropa xəbər verir  ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Komitə bu il də büdcə proqnozunu artıqlaması ilə yerinə yetirəcək.

"Cari ilin ortalarında Dövlət Gömrük Komitəsinin illik plan proqnozu əlavə olaraq 760 milyon manat artırılıb. Bugünkü gün üçün Dövlət Gömrük Komitəsi illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib",-deyə komitə sədri vurğulayıb.