"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan YeniAvropa-ya bildiriblər ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə indiyədək 24 min 829 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 188 milyon 745 min 670 manatdan çoxdur.