Dövlət Gömrük Komitəsi ilin sonunadək yeni pilot layihəyə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsi məmur-vətəndaş münasibətlərini minimuma endirmək üçün davamlı işlər görür. Bunun üçün ixracda tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçiləcək. Hazırda bununla bağlı pilot layihə hazırlanıb və ilin sonunadək istifadəyə veriləcək. Artıq sahibkarlar ilin istənilən günü, istənilən saatında öz ofislərindən elektron bəyannaməni göndərə bilirlər.
S.Mehdiyev qeyd edib ki, gələn ildən bu sistem idxalatçılar üçün də tətbiq olunacaq. Onlar məmurlarla təmasda olmadan rüsumları ödəyə bilər, elektron bəyannamə təqdim edərək rəsmiləşdirmə apara biləcəklər.