Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir..