Dekabrın 5-də Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:36-da qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.