Bakıda birinci Xəzər İnnovasiya Konfransı keçirilib
Dekabrın 5-də "Bulvar hotel"də Bakıda keçirilən “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində birinci Xəzər İnnovasiya Konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə qeyd edilib ki, konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.
Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edib.
İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsünü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi irəli sürüb.
Belə bir təşəbbüsə səbəb Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına əsasən, dünya əhalisinin 52 faizinin və ya 3,7 milyard insanın hələ də internetə çıxışının olmaması, rəqəmli fərqin aradan qaldırılması və inkişaf edən texnologiyaların tətbiqi üçün qurulacaq və ya təkmilləşdiriləcək infrastrukturun həcminin böyük və bahalı olmasıdır.
Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, ilk dəfə təşkil olunan Xəzər İnnovasiya Konfransının mövzusu təsadüfi seçilməyib. Çünki dünyanın müxtəlif regionlarında, o cümlədən Xəzər və Qara dəniz regionu ölkələrində yeni elektron xidmətlərin, innovativ həllərin tətbiqi ilk növbədə dayanıqlı infrastrukturun qurulması və davamlı inkişaf etdirilməsini şərtləndirir. O qeyd edib ki, bunu nəzərə alaraq, builki konfransın mövzusu “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” kimi müəyyən olunub.
Nazir bildirib ki, simsiz genişzolaqlı şəbəkələrin dinamik inkişafına baxmayaraq, genişzolaqlı sabit şəbəkələr əhəmiyyətini qorumaqdadır: “Bildiyiniz kimi, simsiz genişzolaqlı şəbəkələr hələ də sabit şəbəkələrdən daha az trafik daşıyırlar və adətən daha aşağı sürət və etibarlılıq təklif edirlər. Bundan əlavə, mobil datanın artması faktiki olaraq sabit şəbəkələrə tələbatın artmasına səbəb olur. Elektrik və su təchizatı kimi, genişzolaqlı bağlantı infrastrukturu da artıq kritik infrastruktur hesab olunur və Azərbaycan Respublikası hökuməti ölkədə genişzolaqlı infrastrukturun qurulması, mövcud infrastrukturun təkmilləşdirilməsi və dayanıqlığının təmin olunması istiqamətində davamlı addımlar atır, GPON və LTE texnologiyalarının geniş tətbiqini nəzərdə tutan layihələr həyata keçirir”, – deyə nazir vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, görülən işlər sayəsində Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68 faizində kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir.
Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Gul Ayrobi bildirib ki, hazırda Avrasiyada bir çox ölkənin açıq dənizə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışı yoxdur. Bu baxımdan Xəzər İnnovasiya Konfransı rəqəmsal bağlantı həllərinin biznes çevrələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından böyük əhəmiyyətə malikdir. Konfrans İKT sektorunda qlobal çağırışların və yeni nailiyyətlərin müzakirəsi üçün əlverişli platformadır. O, dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in əhəmiyyəti və üstünlüklərindən də danışıb.
Xəzər İnnovasiya Konfransının Şərq və Qərb arasında körpü rolunu oynadığını deyən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib ki, Bakıda keçirilən bu əhəmiyyətli konfrans regionun potensialını ortaya çıxaracaq. Azərbaycan, Türkiyə, Rusiya və İran arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, innovasiya tətbiqlərinin genişləndirilməsi qlobal əhəmiyyət daşıyır. Bu dörd dövlət regionda startapların təşkil edilməsində də mühüm addımlar ata bilər.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan isə deyib ki, ölkəsi İKT sahəsində mühüm nailiyyətlər əldə edib: “Bu konfrans regionda və qlobal miqyasda İKT sektorunun iştirakçısı olan şirkətlərin təcrübə mübadiləsi aparmalarına töhfə verəcək. Həmçinin bu platforma yeni əməkdaşlıqlara vəsilə olacaq”.
Sessiyalarda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, “Cisko Systems” şirkətinin ölkələrin rəqəmsalaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin, “Türk Telekom” International şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təxminlərinə görə, növbəti 1.5 milyard insanın bağlantı ilə təmin edilməsi təqribən 450 milyard ABŞ dolları həcmində vəsait tələb edir.
GSM Assosiasiyasının təxminlərinə əsasən isə, 2020-ci ilədək dünya əhalisinin 4.1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin, ehtimallara görə, 2021-ci ildə “5G” xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq.
Bütün bunlarla yanaşı, Avrasiyanın bir çox ölkəsinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə rəqəmli bağlantı həlləri biznes dairələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından çox böyük əhəmiyyətə malikdir.
Xəzər İnnovasiya Konfransı da məhz rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb