logo

Azərbaycanda "BP"nin işçi heyətinin 90 faizi milliləşib

18:55 05-12-2018 | icon 3038
Azərbaycanda "BP"nin işçi heyətinin 90 faizi milliləşib

Azərbaycanda "BP"nin işçi heyətinin 90 faizi milliləşib.

YeniAvropa xəbər verir  ki, bu barədə "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib.

O bildirib ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP əməliyyatların təhlükəsiz, səmərəli və ekoloji baxımdan məqsədəuyğun şəkildə həyata keçirilməsində uğurlu təcrübəyə malikdir. Xəzər regionunda dünya miqyaslı layihələrini həyata keçirərkən şirkət öz yerli işçi heyətini inkişaf etdirməyi prioritet hədəf kimi qarşıya qoyub. BP şirkətində hazırda 2 min 550 nəfərdən çox yerli əməkdaş çalışır, o cümlədən dənizdə və quruda yerləşən sahələrdə 1150 nəfər ixtisaslaşmış kadr işləyir, 350 nəfər yüksək səviyyəli rəhbər işçi mövcuddur, regional rəhbərlik qrupunun 7 üzvü Azərbaycan vətəndaşıdır. 2013-cü ildən bu vaxtadək 300 nəfər gənc mütəxəssis işə götürülüb. İndiyədək 300 yerli əməkdaşın təhsilinə dəstək verilib. BP, həmçinin podratçılarını da öz yerli işçi qüvvəsini artırmağa təşviq edir. “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri çərçivəsində işlərin intensiv dövründə Azərbaycanda 24 min nərədən çox işçi qüvvəsi cəlb edilib və onların əksəriyyəti Azərbaycan vətəndaşları olub.