logo

Bakıda “Qızıl buta”nın növbəti mükafatlandırma mərasimi olacaq

14:11 05-12-2018 | icon 2513
Bakıda “Qızıl buta”nın növbəti mükafatlandırma mərasimi olacaq

Bakıda 2018-ci ilin yekunlarına dair “Qızıl buta” mükafatının təqdimatı keçirəcək. Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi (DAİM) tərəfindən hər il ənənəvi olaraq keçirilən mərasimdə müvafiq nominasiyalarla səsvermədə qalib olmuş şəxslər mükafatlandırılacaq.

DAİM-nin sədri Zaur Mirzəzadə YeniAvropa-ya bildirib ki, səsvermə bu gündən etibarən dekabrın 17-dək davam edəcək. Budəfəki sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunacaq. Sorğunun nəticələrinə əsasən “Qızıl buta” mükafatı qaliblərə dekabrın sonunda təqdim ediləcək.