logo

"Bakcell"in baş icraçı direktoru Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim edib

10:37 05-12-2018 | icon 3031
"Bakcell"in baş icraçı direktoru Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim edib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers “Bakutel-2018” sərgisində 600 Mbps-ə qədər olan internet sürətini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim edib.

YeniAvropa xəbər verir  ki,  "Bakcell" stendində nümayiş etdirilən 4.5G texnologiyası böyük trafik həcmlərini emal etməyə imkan verməklə, həcmi gündən-günə artan məzmunun ani şəkildəyüklənməsi və istifadəsini təmin edir. “Bakcell”in təqdim etdiyi bu “5G-yə hazırlıq” texnologiyası sayəsinə LTE texnologiyasından qat-qat yüksək olan sürətdən yararlanmaq mümkündür.

Qeyd edək ki 2018-ci ildə "Bakcell" şirkəti “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla”şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.