logo

Bakı-Gürcüstan yolunun bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

20:33 04-12-2018 | icon 2856
Bakı-Gürcüstan yolunun bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı-Gürcüstan yolunun bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya  bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 94-cü kilometrində yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində dekabrın 5-dən etibarən bir ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq (hərəkət dayandırılmır). Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.