Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları dekabrın 1-nə 5 milyard 590,9 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 54,5 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 256,3 milyon dollar artıb.