Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib
Dekabrın 4-də Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib. YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam assosiasiyanın qeyri-hökumət təşkilatı kimi Azərbaycan hotellərinin maraqlarını təmsil və təşviq etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Hotellər Assosiasiyasının təşkilati strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentlinin sədri Fuad Nağıyev deyib ki, bugünkü görüş bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan Hotellər Assosiasiyası bu sahənin iştirakçılarını birləşdirib və birinci Baş Assambleyasını təşkil edib. “Bildiyiniz kimi, turizm ölkənin əsas prioritet sahələrindən biridir. Son illərdə bu sahədə kifayət qədər işlər görülüb, Azərbaycanın turizm imkanlarının tanıdılması üçün mühüm addımlar atılıb. Ancaq ölkənin turizm sahəsində bəzi problemlərin mövcud olması da hər kəsə məlumdur. Dövlət Turizm Agentliyinin qarşısında mövcud problemləri aradan qaldırmaq, turizmi daha da inkişaf etdirmək kimi vəzifə durur. Biz bu məsuliyyətin fərqindəyik və öz işimizi Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun olaraq qurmuşuq. Fürsətdən istifadə edib, ölkə turizminin inkişafında bizə hər zaman dəstək verdiyi üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk”, - deyə F.Nağıyev vurğulayıb.
Turizmin inkişafının bir-biri ilə sıx bağlı olan bir çox sahənin birgə fəaliyyətindən asıl olduğunu söyləyən Dövlət Turizm Agentlinin sədri deyib ki, bunların içərisində hotelçilik əsas yerdə durur. Bugünkü tədbirin də əsas məqsədi hotelçilik sənayesi nümayəndələrini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotellər Assosiasiyası barəsində məlumat verməkdir. Azərbaycan Hotellər Assosiasiyası hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan platforma rolunu oynayacaq. Əlbəttə, hotelçilik sahəsində gözəçarpan ən əsas amil xidmət səviyyəsinin keyfiyyətidir. Bu sahədə problemlər mövcuddur və bu problemlərin həlli istiqamətində işlər görülür.
Fuad Nağıyev deyib: “İxtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsində sözsüz ki, təhsil müəssisələri mühüm rol oynayırlar. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyət kəsb edir. Turizm təhsilinin inkişafı ölkədə yerli turizm kadrlarının hazırlanmasına, xidmət keyfiyyətinin artmasına birbaşa olaraq təsir edir. Bunu nəzərə alaraq təhsil müəssisələrində də işlər aparılır”.
Hotelçilik sahəsində mövcud problemlərdən söz açan natiq diqqətə satdırıb ki, bu sahədəki çatışmazlıqlardan biri də ulduz verilməsi sistemində olan problemlərdir. Bunu nəzərə alaraq bu gün Azərbaycan Hotellər Assosiasiyasının birinci Baş Assambleyasında ölkədə tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi barəsində də məlumat veriləcək. Ölkədə turizm sahəsində mövsümilik problemi də mövcuddur. Bunun aradan qaldırılması, hotellərin il boyu xidmət göstərə bilməsi istiqamətində müvafiq işlər gedir. Həm paytaxt Bakıda, həm də regionlarda nisbətən daha kiçik və ulduz sayı az olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər görülür. Bütövlükdə, Azərbaycanda mövcud olan hotelçilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması qarşımızda duran əsas məqsədlərdən biridir. Məhz bu amili nəzərə alaraq beynəlxalq təşkilatlara üzv olmaq məsələsi gündəmdədir.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktroru Florian Zenqstşmid Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlardan biri olduğunu və assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
“Bu tədbir turizm sahəsinin əsas fundamental çağırışları üçün əhəmiyyətlidir. Biz qarşıya mühüm hədəflər qoymuşuq. Məqsədimiz Azərbaycanı növbəti 5 il ərzində turistlər üçün Qafqazın ən cəlbedici məkanına çevirməkdir. Rəqabətlik qlobal xarakter daşıyır. Biz əsasən milli turizmin inkişafı naminə dövlət və özəl qurumların əməkdaşlığına nail olmalıyıq. Azərbaycan Hotellər Assosiasiyasının təsis olunması bu sahənin inkişafına öz töhfəsini verəcək”, - deyə natiq bildirib.
Növbəti illərdə Azərbaycan Turizm Bürosunun dünyanın müxtəlif ölkələrində altı nümayəndəliyinin açılacağını söyləyən baş icraçı direktror Florian Zenqstşmid deyib ki, 2020-ci illə qədər 20-dək beynəlxalq sərgidə iştirak etməyi planlaşdırırlar.
Tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının prezidenti Jiri Kobos, “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai də çıxış edərək beynəlxalq təşkilatlara, xüsusilə də “Hotrec” təşkilatına üzv olma planlarından bəhs ediblər.
Sonra üzvlük kateqoriyaları, eləcə də yeni milli ulduz təsnifat sistemi, assosiasiyaya üzvlüyün verdiyi üstünlüklər haqqında məlumat verilib.
Qeyd edək ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları tətbiq olunmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyənləşəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb