logo

Bakının bəzi ərazilərində qrunt sularının səviyyəsi qalxıb

23:47 03-12-2018 | icon 2345
Bakının bəzi ərazilərində qrunt sularının səviyyəsi qalxıb

Bakıda bəzi ərazilərdə qrunt sularının səviyyəsində qalxma müşahidə olunur.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Bakının Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi yüksəlir.

Şuşa şəhərciyi subasma sahəsində, Daş Karxanası yaşayış massivində də atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb.

Sabunçu rayonunda Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Xəzər rayonunun Qala qəsəbəsində də eyni səbəbdən qrunt sularının səviyyəsi qalxır.

Binəqədi rayonunda Binəqədi 1-ci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində artım qeydə alınır.

Qeyd edilib ki, adı çəkilən ərazilərin hamısında subasma prosesinin dinamikasında stabil gərgin vəziyyət müşahidə olunub.