logo

Azərbaycanda 620 minə yaxın əlil var

12:33 03-12-2018 | icon 2366
Azərbaycanda 620 minə yaxın əlil var

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür.

YeniAvropa xəbər verir  ki,  BMT-nin məlumatına əsasən, dünyada təxminən bir milyard əlil yaşayır. Onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün bir sıra fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. Əlillər dünya əhalisinin ən kasıb hissəsini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs var. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Başqa sözlə, 2018-cı il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi vardır ki, onlarda hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir.