logo

Qətər OPEC-dən çıxacağını elan edib

12:15 03-12-2018 | icon 3080
Qətər OPEC-dən çıxacağını elan edib

Qətər Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) üzvlüyünə son qoymaq niyyətindədir.

YeniAvropa xəbər verir  ki, bu barədə ölkənin energetika naziri Saad al-Kaabi bildirib.Onun sözlərinə görə, ölkəsinin bu təşkilatda üzvlüyü 2019-cu ilin yanvar ayında sona çatacaq. Nazir, həmçinin qeyd edib ki, OPEC rəsmi qərarın bəyan edilməsindən öncə müvafiq qaydada məlumatlandırılıb.

Qətərin bu qərarının dünya bazarlarında xam neftin qiymətinə müsbət təsir göstərəcəyi ehtimal olunur.

Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı, eləcə də Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri ötən ilin yayında Qətərlə bütün diplomatik münasibətlərini kəsiblər və həmçinin bu kiçik Körfəz ölkəsinə qarşı nəqliyyat və ticarət blokadası yaradıblar.