Dekabrın 4-dən 7-dək Bakı Expo Mərkəzində keçiriləcək XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində 20 ölkədən 230 şirkət iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə sərgi təşkilatçılarının bu gün keçirilən mətbuat konfransında bildirilib. Qeyd edilib ki, sərgidə 10 ölkə öz milli pavilyonu ilə təmsil olunacaq.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə bu il sərgi sahəsi ötəl illə müqayisədə 25 % artıb. O bildirib ki, ABŞ, Türkiyə, İran və s. ölkələr öz pavilyonlarında qabaqcıl innovasiyaları təqdim edəcəklər. Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də pavilyonu olacaq. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, yeni yaranan İnnovasiyalar Agentliyinin də stendi fəaliyyət göstərəcək. Sərginin ikinci zalında 25-ə yaxın startapın təqdim edildiyi startap zonası yaradılacaq.