Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, təmir-bərpa işləri ilə əlaqədar dekabrın 3-də gün ərzində NZS yaşayış massivi və Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.