logo

“Türk Hava Yolları” 2018-ci ildə 74 milyon sərnişin daşımağı planlaşdırıb

16:19 10-01-2018 | icon 1869
“Türk Hava Yolları” 2018-ci ildə 74 milyon sərnişin daşımağı planlaşdırıb

“Türk Hava Yolları” 2018-ci ildə 74 milyon sərnişin daşımağı planlaşdırıb. YeniAvropa xəbər ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin 2018-ci il üçün açıqladığı proqnozunda bildirilib.

Qeyd olunub ki, daşınan sərnişinlərin 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq.

Reyslərin yüklənmə səviyyəsi 79-80 faiz təşkil etdiyi halda kreslo-kilometrlərin sayı 2017-ci il ilə müqayisədə təxminən 5-6 faiz artacaq və 183 milyarda çatacaq. Minik yerlərinin sayı Türkiyə üzrə 10 faiz, Yaxın Şərq üzrə 9 faiz, Avropa üzrə 6 faiz, Uzaq Şərq üzrə 6 faiz, Amerika üzrə 4 faiz və Afrika üzrə 3 faiz artacaq.

2018-ci ildə yükdaşımaların həcmi 21 faiz artaraq 1,3 milyon tona çatacaq.

Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları”nın habı İstanbulun üçüncü aeroportu olacaq (hazırda inşa olunan dünyanın ən iri hava limanı).