Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub. YeniAvropa xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır. “İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”,-deyə , o, bildirib.
M.Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.