logo

Prezident  üç elektrik stansiyanın  təmirinə 12 milyon manat ayırdı

18:31 30-11-2018 | icon 2800
Prezident  üç elektrik stansiyanın  təmirinə 12 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev  noyabrın 30-da “Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncama əsasən, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılıb.