logo

Bakıda on ayda  31,7 milyon ton neft, 15,5 milyard m3 qaz çıxarılıb

17:57 30-11-2018 | icon 2821
Bakıda on ayda  31,7 milyon ton neft, 15,5 milyard m3 qaz çıxarılıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda xam neft hasilatı 31 milyon 797,4 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qaz istehsalı isə 15 milyard 546,3 milyon kubmetr olub.

YeniAvropa  Bakı şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, on ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz azalıb.