logo

Sinoptiklərdən qeyri-sabit hava şəraiti xəbərdarlığı

14:13 30-11-2018 | icon 2583
Sinoptiklərdən qeyri-sabit hava şəraiti xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya  bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-2-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın-2-si gün ərzində şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.