logo

Milli Məclis 2019-cu ilin büdcəsini təsdiqləyib

13:10 30-11-2018 | icon 2646
Milli Məclis 2019-cu ilin büdcəsini təsdiqləyib

Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası oz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, iclasda baş naziri Novruz Məmmədov,  hökumət üzvləri də iştirak ediblər.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib. Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini üçüncü oxunuşda təsdiq ediblər.

Günü ikinci yarısında isə deputatlar bir sıra qanun layihələrinə, o cümlədən  “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Avtomobil nəqliyyatı haqqında" "Sığorta fəaliyyəti haqqında", “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və s. qanunlara, eləcə də Seçki, Mənzil, Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılacaq.

Plenar iclasda yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək.