Dekabrın 9-dan etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcəkdir.
Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları” QSC-nin “ady.az” saytında yerləşdiriləcək.