“Mənim Bakcellim” mobil applikasiyasında yenilik: “Bakcell” dən onlayn çat
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti aləti olan – “Mənim Bakcellim” applikasiyasına mühüm yenilikəlavə edib.
YeniAvropa xəbər verir ki, şirkətdən verilən məlumatda qeyd edilir ki, abunəçiləri daha rahat və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün "Bakcell" özünün “Mənim Bakcellim” applikasiyasında "Onlayn Çat" funksiyasını işə saldı. "Onlayn Çat" vasitəsilə "Bakcell" abunəçiləri istənilən vaxt operatorla canlı əlaqə qurub öz suallarını verə bilərlər.
Qeyd edək ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün "Bakcell" virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verdi. “Bakcell”in özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.
“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.
Bundan əlavə, “Mənim Bakcellim”istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.
Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan "Bakcell" öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Bakcell abunəçilərin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı onları əhəmiyyətli dərəcədə rahatlıq və şəffaflıqla təmin edir.Abunəçilərə təqdim olunan xidmətin keyfiyyətini artırmaq məqsədilə “Mənim Bakcellim” vasitəsilə təmin edilən müştəri təcrübəsi daim ölçülür və diqqət mərkəzində saxlanılır. Xidmət səviyyəsinin daha da yüksəldilməsi üçün "Bakcell" öz abunəçilərinin bütün rəy və təkliflərini nəzərdən keçirir və yeni mobil applikasiyanı "GooglePlay" və "Appstore" portallarında qiymətləndirib müvafiq rəy yazmağa dəvət edir.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “GooglePlay” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklərhttps://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb