SOCAR San-Marino Respublikasının İctimai Xidmətlər üzrə Dövlət Şirkəti (“AASS”) ilə Anlaşma Memorandumu imzalayıb.
YeniAvropa xəbər verir ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti San-Marinoda səfərdə olub. Səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San-Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və “AASS” prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib.
Sonda SOCAR və “AASS” arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, iki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd cari ilin mayında San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana səfəri zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır.