Azərbaycan-BƏƏ iqtisadi əlaqələri müzakirə olunub
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
YeniAvropa xəbər verir ki, bu haqda iqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BƏƏ-nin baş nazirinin müavini, prezident işləri üzrə nazir Şeyx Mənsur bin Zayed Əl-Nahyan, iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mənsuri, eləcə də enerji və sənaye naziri Sühail Məhəmməd Fərəc əl Məzrui ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlverişli imkanlar açdığı, Azərbaycanın BƏƏ ilə iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. Qeyd edilib ki, 2017-ci ildə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində ticarət nümayəndəsinin təyin olunması, Dubay şəhərinə təşkil edilmiş ixrac missiyası, habelə hər iki ölkədə baş tutan sərgilərdə qarşılıqlı iştirak ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrindəki əməkdaşlığa öz töhfəsini verməkdədir.
Müzakirələr zamanı investisiya qoyuluşu, sənaye, enerji, kənd təsərrüfatı və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi və Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının genişləndirilməsi üçün böyük potensialın olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
BƏƏ-yə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dubayda "Azərbaycan Ticarət Evi"nin yaradılması işlərinin gedişi ilə tanış olub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb