Ötən axşamdan başlayaraq Azərbaycanın şimal bölgəsinə 13 santimetrədək qar yağıb. yeniAvropa xəbər verir ki, hazırda Quba və Qusar rayonları ərazisinə 10 santimetrdən çox qarın yağdığı müşahidə olunur. Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumatda qeyd olunur ki, dağlıq ərazilərdə temperatur mənfi 14 dərəcəyədək aşağı düşüb.
Qubanın Xınalıq kəndinə 10, Qırızda 13, Qusarın Ləzə kəndində 12, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr qar yağıb. Ümumilikdə, şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 4-13 santimetr təşkil edir.
Qubanın rayon mərkəzində 10, Qusarda isə 12 santimetr qar var.
Müəssisədən bildirilib ki, yanvarın 11-i gündüz saatlarından hava şəraiti sabitləşəcək.