logo

SOCAR-ın “EWE” şirkətinin səhmlərini alması yalan çıxdı

16:09 28-11-2018 | icon 2933
SOCAR-ın “EWE” şirkətinin səhmlərini alması yalan çıxdı

“SOCAR Turkey Enerji A.Ş.”nin  (STEAŞ) Almaniyanın nəhəng “EWE AG” şirkətinin törəməsi “EWE Turkey”in səhmlərini alması xəbəri həqiqəti əks etdirmir.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Türkiyə KİV-lərində STEAŞ-ın “EWE Turkey”in səhmlərini aldığı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. “SOCAR Turkey Enerji A.Ş.” “EWE Turkey”in səhmlərini almaq üçün təklif verib. Hazırda təkliflər nəzərdən keçirilir”, - deyə SOCAR rəsmisi əlavə edib.

Türkiyə mətbuatında yayılan xəbərə görə, “EWE Turkey” Bursa və Kayseri qaz paylama şirkətlərini, “EWE Enerji” ilə “Enervis” olmaqla 4 törəməsini SOCAR-a satıb. Tərəflərin 140 milyon dollara razılığa gəldiyi bildirilir. “EWE Turkey” “Bursagaz” və “Kayserigaz” şirkətlərinin 80 faizlik səhmdarıdır. Qalan 10 faiz pay “Çalık Enerji” şirkətinə, digər 10 faizlik pay isə əlaqədar bələdiyyələrə aiddir.

“EWE Turkey”in illik 1 milyard kubmetrlik təbii qazın topdansatışını həyata keçirmək tutumu var. Lakin SOCAR-ın “Petkim”də və “Star” neft emalı zavodunda təxminən 3,5-4 milyard kubmetrlik istehlakı olacaq.

Almaniyanın ən böyük şirkətlərindən olan “EWE AG” 2007-ci ildə daxil olduğu Türkiyənin enerji bazarından çıxır. “EWE Turkey”nin səhmləri 200-250 milyon dollar qiymətləndirilir və şirkət Türkiyənin ən böyük topdansatış portfelinə sahibdir.