logo

Bakıda ilk qar

10:08 10-01-2018 | icon 2401
Bakıda ilk qar

 Səhər saatlarından etibarən, Bakıya  bu ildə ilk dəfə qar yağmağa başlayıb. YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamenti ötən gün yaydığı məlumatında da bildirilmişdi. Bu gün isə Departamentdən bildirilib ki, hazırda havada  şaxta az olduğundanyağan qar yerdə qalmır.  

Hazırda Bakıda güclü şimal-qərb küləyi əsir. Axşama doğru külək tədricən mülayimləşəcək.

Xatırladaq ki, Departamentin dünən yaydığı məlumatda bu gün - yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi barədə xəbərdarlıq öz əksini tapmışdı.