logo

"Bakcell" eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

15:15 27-11-2018 | icon 2639
"Bakcell" eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə məhdudiyyətli insanlar arasında futzal üzrə “Payız turniri”nə ənənəvi dəstəyini göstərib.

YeniAvropa xəbər verir  ki, 22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən növbəti “Payız turniri”ndə eşitmə qüsurlu əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda (“Şimşək”, “Zirvə”, “Ümid”, “Azəri”, “Bakı”) öz gücünü sınayıb.

Turnirin nəticəsində birinci yerə “Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq “Azəri” və “Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov ((“Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov (“Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim (“Şimşək”) olub.

"Bakcell" şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif  turnirlərinə dəstək göstərir. “Payız turniri”nin əsas məqsədi eşitməqüsurlu uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir. 

"Bakcell" özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.