logo

Azərbaycanın növbəti ixrac missiyası Almaniyaya yollanıb

13:15 27-11-2018 | icon 2947
Azərbaycanın növbəti ixrac missiyası Almaniyaya yollanıb

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasının Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə ixrac missiyası təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, məhsullarımızın Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

İxrac missiyası noyabrın 27-30 tarixlərini əhatə edəcək.