logo

Xətaidə bu gün yenə  su məhdudiyyətlərlə veriləcək

12:26 27-11-2018 | icon 2933
Xətaidə bu gün yenə  su məhdudiyyətlərlə veriləcək

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir  ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.