logo

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

19:53 26-11-2018 | icon 2877
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Noyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan YeniAvropa-ya  bildirilib ki, iclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiq olunub.

Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.