"Bakcell" əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması” layihəsi çərçivəsində təşkil edilmiş karyera sərginə qatılıb.
Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və “British Council” tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunur.Proqramın əsas məqsədi Bakıda yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediliblər. Əlilliyi olan şəxslər proqramda iştirak edərək müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını artırıb ki, bu da onlara gələcəkdə iş tapmaqda köməklik edəcək.
Tədbir zamanı iştirakçılara "Bakcell" şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən "Bakcell" şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərlə yanaşı, aztəminatlı və həssas qruplara aid ailələrdən olan gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Bu fəaliyyət çərçivəsində, keçən il Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “British Council” tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfransın keçirilməsinə dəstək göstərib.Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.
Qeyd edək ki, bu ilin əvvəlində "Bakcell", Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün internet portalın yaradılmasıdır.Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstərilir. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək. Layihə çərçivəsində yaradılmış http://www.destekolaq.az/ internet səhifəsi karyera sərgisində nümayiş etdirilib, sərgi iştirakçılarına yeni sayt barədə geniş məlumat verilib.
"Bakcell" şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb