logo

Badamdarda yeni uçqunlar qeydə alınıb

14:36 25-11-2018 | icon 2506
Badamdarda yeni uçqunlar qeydə alınıb

Badambdar qəsəbəsindəki sürüşmə zonasında gərginlik qalmaqdadır.

YeniAvropa xəbər verir  ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib. Qeyd edilib ki, mütəxəssislər tərəfindən keçirilmiş monitorinqlər göstərir ki, sürüşmə zonası sahələrindən birində avtomobil yoluna tərəf yönələn torpaq kütləsinin artımı müşahidə olunur. Yağışlar nəticəsində kiçik sahədə torpaq uçqunları da qeydə alınıb.

Bununla belə, sürüşmə zonasının yuxarı hissəsində yerləşən həyət evlərində qurulmuş mayaklarda dəyişikliklər müşahidə olunmayıb.

Xatırladaq ki, bir gün əvvəl Badamdardakı sürüşmə zonasında qayanın böyük bir parçası qopub və enişlə aşağı hərəkət etməyə başlayıb.