Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 24-də ümumordu iməciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində ərazilər təmizlənib. Həmçinin hərbi hissələrin, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb.