"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin ümumi yığıncağı keçirilib
Noyabrın 24-də Bakıda "Park İnn" otelində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) illik ümumi yığıncağı keçirilib.
YeniAvropa xəbər verir ki, TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Böyükfırat təmsil etdiyi qurumun son bir ildəki fəaliyyətinə dair təqdimatla çıxış edib. Bildirib ki, TÜİB iki ölkənin iş adamlarını bir araya gətirmək, iqtisadi əlaqələri genişləndirmək, sahibkarlar arasında əməkdaşlıq münasibətlərini gücləndirmək məqsədilə yaradılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında tarixi köklərə söykənən qardaşlıq əlaqələrindən söz açıb.
Tədbirin sonunda TÜİB-in İdarə Heyətinin yeni tərkibi və qurumun yeni sədri seçiləcək.