Cari ildə TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 40 milyon tonadək yük daşınıb
Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 195 min ton, yük dövriyyəsi isə 8 milyard 564,9 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, yüklərin 24 milyon 685,4 min tonu və ya 63 faizi avtomobil nəqliyyatı, 9 milyon 320,1 min tonu və ya 23,8 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 189,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,1 faizini və ya 7 milyon 75 min tonunu tranzit yüklər təşkil edib.