Buxarestdə Azərbaycan-Rumıniya hökumətlərarası birgə komissiyanın 5-ci iclası keçirilib
Buxarestdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasın plenar sessiyasının açılışında Müştərək Komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini xanım Ana Birçal çıxış ediblər.
Sahil Babayev Azərbaycanın bu gün regionda iqtisadi güc mərkəzinə çevrildiyini və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının uğurla davam etdirildiyini bildirib. Nazir Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin 26 ilinin tamam olduğunu, 2009-cu ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin təsdiq edildiyini və bu əməkdaşlığın ildən-ilə genişləndiyini vurğulayıb.
İki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə 56 əməkdaşlıq sənədinin imzalandığını, daha 5 sənəd layihəsinə baxıldığını, həmçinin parlamentlərarası əlaqələr qrupunun yaradıldığını diqqətə çatdıran S.Babayev qeyd edib ki, iqtisadi əlaqələrin mühüm istiqaməti kimi Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi də artmaqdadır. Bu artım cari ilin 9 ayında 62,11 faiz təşkil edib. Eyni zamanda, Rumıniyaya ixrac 94,01 faiz artıb.
Azərbaycanla Rumıniya arasında enerji sahəsində geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan və Rumıniyanın enerji təchizatında önəmli dəstək olan layihələrdən bəhs edən nazir, eyni zamanda, SOCAR-ın 2011-ci ildə yaradılmış “SOCAR Petroleum S.A” törəmə şirkəti vasitəsilə Rumıniya neft məhsulları bazarında əhəmiyyətli rol oynadığını deyib. O, şirkətin Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsinin olduğunu, həmin məntəqələrdə 550 insanın işlə təmin edildiyini, gələcəkdə daha 20 belə məntəqənin açılmasının nəzərdə tutulduğunu deyib.
Nazir əməkdaşlığın qarşıdakı dövrdə qeyri-neft məhsullarının ixracı, Azərbaycan istehsalı olan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkili, sənaye parklarında Rumıniya şirkətlərinin iştirakının təmin olunması, birgə ixracyönümlü mebel istehsalı müəssisələrinin yaradılması, limanlar arasında əməkdaşlığın təşkili, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin önəmli ola biləcəyini deyib.
Xanım Ana Birçal çıxışında , ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Həmçinin Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən baş nazirin müavini Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmini qeyd edib. O, ölkəsi ilə Azərbaycan arasında müxtəlif əməkdaşlıq sahələrində aparılan işlərin Rumıniya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edib. Gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.
İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əməkdaşlığın mövcud vəziyyəti, bu sahələrdə gələcək istiqamətlər ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.
Protokolda vacib məqamlardan biri kimi qeyd olunur: “Azərbaycan tərəfi Dağlıq Qarabağ regionu daxil olmaqla işğal olunmuş ərazilərdə istehsal edilən və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki sərvətlərdən istifadə yolu ilə istehsal edilən məhsul və xidmətlərin Rumıniya bazarına idxalı, ölkə bazarında satışı və realizəsinin, həmçinin Rumıniya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəaliyyətdə iştirakının qarşısının alınması məqsədilə Rumıniya tərəfinə müraciət edib. Tərəflər bu məqsədlə gələcəkdə məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Rumıniya tərəfi Azərbaycan tərəfini Rumıniya dövlət qurumlarının öz fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətdən çəkindirəcəyinə əmin edib. Bu kontekstdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti dəstəyini təsdiq edib”.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb