logo

Dənizdə qayıqda köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib

21:44 23-11-2018 | icon 2611
Dənizdə qayıqda köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib

Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 kilometr dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış iki nəfər Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.

FHN-dən YeniAvropa-ya bildiriblər ki, xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.