logo

"Şimal–Cənub" nəqliyyat dəhlizində qeyri-neft məhsullarının tranzit daşımaları 100 dəfə artıb

17:10 23-11-2018 | icon 2919
"Şimal–Cənub" nəqliyyat dəhlizində qeyri-neft məhsullarının tranzit daşımaları 100 dəfə artıb

Ölkəmizdən keçən tranzit yüklərin həcmi ümumilikdə 10,4 milyon ton, o cümlədən 8,4 milyon ton neft və neft məhsulları, 2 milyon ton qeyri-neft məhsulları təşkil edir.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 23-də keçirdiyi mətbuat konfransında deyib.

“Qeyri-neft məhsullarının tranzit daşımaları 2017-ci ildə 16 faiz, bu ilin doqquz ayında 23 faiz, Şimal–Cənub nəqliyyat dəhlizi üzrə isə 100 dəfə artıb. Bununla belə tranzit daşımaların artırılması üçün böyük imkan var. Ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsi üçün işlər aparılır”, - deyə nazir bildirib.