Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.
O bildirib ki, Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş” dəniz, avtomobil, dəmir və hava yolu, multimodal daşımaların gələcək inkişafına, tranzit və idxal-ixrac yüklərin daşınması məsələsinin operativ həllinə, aidiyyəti qurumların və operatorların fəaliyyətinin əlaqələndirilməsinə yardım edəcək.