Cari ildə Azərbaycanda 100 min fermerə 102 milyon manat subsidiya verilib.
YeniAvropa xəbər verir ki, bu barədə noyabrın 23-də Aqrar Tədqiqatlar Mərkəzində kənd təsərrüfatının gübrə ilə təminatı məsələlərinə həsr olunmuş mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Nazir müavini bildirib ki, əsas məqsədlərdən biri də fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir.
Qeyd olunub ki, fermerlərin gübrə ilə təminatında özəl şirkətlərə böyük önəm verilir.