Ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Naxçıvan MR-də 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi Aran rayonlarında 1-6, Lənkəran-Astara bölgəsində 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Ordubad rayonunun Ağdərə qəsəbəsində 17 santimetrə çatıb.