2018-ci ilin yanvar-oktyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.
YeniAvropa xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəbərdə bildirilib ki, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 189,4 milyon nəfərə çatıb.